https://525.az/img/pics/medium/2024-05/314205_rcjfiiy0cq.jpg İrfan Murat - Orxan Aras yazır
https://525.az/img/pics/medium/2024-05/314203_j9e9afdlhf.jpg Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib
https://525.az/img/pics/medium/2024-05/314200_z30dinqup6.jpg Ukraynanın Azərbaycandakı səfiri AYB-də olub
https://525.az/img/pics/medium/2024-04/308903_sm7wnbl92x.jpg COP29 həm ekologiyaya, həm də sülhə böyük töhfə olacaq
search
19 May 2024
18 May 2024

Almeyda Azərbaycan yığmasında oynaya bilər

Almeyda Azərbaycan yığmasında oynaya bilər
“Riçard Almeyda gələn ildən Azərbaycan yığmasında oynaya bilər”.

Bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
 
O bildirib ki, “Qarabağ”ın braziliyalı futbolçusu ilə yanvarda görüş olacaq. Həmin görüşdə AFFA rəsmiləri Almeydanın Azərbaycan yığmasında oynamaq məsələsini yekun olaraq, müzakirə edəcəklər:

“Bildiyiniz kimi, Almeyda artıq 4 il yarımdı ki, Azərbaycandadı. Gələn ilin iyununda onun ölkəmizdə 5 ili tamam olacaq. Yanvardakı görüş zamanı Riçarda millimizdə oynamağı təklif edəcəyik. Əgər razılıq əldə olunsa, Almeyda iyun ayından etibarən Azərbaycan yığmasının formasını geyinəcək”.
 
Elxan Məmmədov söhbət əsnasında Almeydanın ilkin razılığını aldıqlarını bildirib.
 
Qeyd edək ki, “Qarabağ”ın aparıcı üzvlərindən olan Riçard Almeyda bir müddət öncə mətbuata açıqlamasında Azərbaycan millisinin formasını geyinməyə hazır olduğunu demişdi.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.