https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
search
27 Aprel 2024
26 Aprel 2024

Useyn Boltun Olimpiya medalı əlindən alındı

Useyn Boltun Olimpiya medalı əlindən alındı
Əfsanəvi atlet Useyn Boltun Olimpiya medalı əlindən alınıb.

Apasport.az saytının məlumatına görə, sprinterin Pekin-2008-də 4x100 metrə yarışlarında qazandığı çempionluq ləğv edilib.
 
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) açıqladığı məlumata əsasən, qeyd edilən yarışda Boltun komanda yoldaşı Nesta Karter dopinq istifadə edibmiş. Bu səbəbdən də, Karterlə bərabər bütün komandanın nəticəsi ləğv edilib.
 
Boltla bərabər yamaykalı digər atletlər Asafa Pauell və Maykl Freyterin də medalları əllərindən alınıb.
 
Qeyd edək ki, əfsanəvi sprinter ardıcıl 3 Olimpiadada (Pekin-2008, London-2012 və Rio-2016) 100 metr, 200 metr və 4x100 metr yarışlarında qızıl medal qazanıb.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.