"Rusiya, İran və Türkiyənin Suriya məsələsi ilə bağlı əməkdaşlığını konstruktiv və uzunmüddətli görürük".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
"Biz bu qarşılıqlı fəaliyyəti konstruktiv və uzunmüddətli görürük. Ona görə ki, Suriya münaqişəsinin nizamlanmasını bura cəlb olunan dövlətlərin səylərinin birləşdirilməsini tələb edən uzun bir proses olduğunu yaxşı anlayırıq. Bu üzdən düşünürəm ki, "konstruktiv" sözü daha çox yerinə düşür", - deyə o vurğulayıb.