https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
search
27 Aprel 2024
26 Aprel 2024

“Qazaxıstan və Azərbaycan çempionatlarını müqayisə etmək olmur”

“Qazaxıstan və Azərbaycan çempionatlarını müqayisə etmək olmur”

“Neftçi”nin yeni transferi  İqnasio Herrera Fernandes Topaz Premyer Liqanın 15-ci turunda “Qarabağ”la səfər matçından (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

- Oyun haqqında düşüncələrin...

- “Neftçi”yə yenicə qoşulmuşam, uyğunlaşmağa çalışıram. Düşünürəm ki, daha çox xeyir verə bilərəm komandaya. Bu gün əlimdən gələni etdim ki, bacardığım qədər kömək olum. İstərdim ki, qələbə ilə ayrılaq buradan.

Təəssüflər olsun ki, rəqib penaltidən qol vurdu, hesabı bərabərləşdirdi. Yaxşı hazırlaşmışdıq oyuna, rəqibi lazımi qədər analiz etmişdik. Amma bir xal qazandığımız üçün üzülmürəm.

- Azərbaycan çempionuna qarşı oynadın, “Qarabağ” necə təsir bağışladı?

- Əlbəttə ki, çox güclü komandaya qarşı oynayırdıq. “Qarabağ” öz səviyyəsini bu oyunda da göstərə bildi. Fikrimcə, biz də onlara qarşı layiqli müqavimət göstərə bildik.

- “Kayrat”, “Astana” kimi klublara qarşı oynamaq çətindir, ya “Qarabağ”a qarşı?

- İlk növbədə bunu deyim ki, Qazaxıstan çempionatı ilə Azərbaycan çempionatın müqayisə etmək olmur. Burada “Qarabağ” öz sözün deyir. Mənə elə gəlir ki, “Qarabağ”a qarşı oynamaq daha çətindir. “Kayrat”ın oyun tərzi biraz “Qarabağ”a oxşayır, onlar da top saxlamağı xoşlayır. Yenə də “Qarabağ”ın səviyyəsi onlardan üstündür.

- Komandada hər şey ürəyincədir?

- Bakıya gəldiyim ilk gündən bəri klubda peşəkarlıq gördüm. Hər xırda problemi yerində həll etməyə çalışırlar. Ümumi olaraq, şəhəri də çox bəyənirəm. İnanıram ki, özümü yaxşı tərəfdən göstərə biləcəm və “Neftçi”də uzun müddət qalacam.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.