https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
search
27 Aprel 2024
26 Aprel 2024

“Kəpəz”in futbolçusu: “Sanki donmuşduq”

“Kəpəz”in futbolçusu: “Sanki donmuşduq”

"Bu cür başlanğıcı heç kim gözləmirdi, xüsusən də biz futbolçular. Hamı "Kəpəz”in uğurlu çıxışına ümid edirdi, amma nəticə başqa cür oldu”.

Qol.az-ın xəbərinə görə, bu fikirləri "Kəpəz”in futbolçusu Azad Kərimov klubunun rəsmi saytına açıqlamasında bildirib.
 
Gənc müdafiəçi Azərbaycan Premyer Liqasının XV turunda "İnter”ə 1:4 hesabı ilə uduzduqları matçı dəyərləndirib:"İlk yarıda yaxşı oynadıq, qol da vurduq. Fasilədən sonra "Kəpəz” özünə oxşamadı. Nə baş verdiyini, nə yaşandığını anlamadıq. Bütün heyət şokdan ayıla bilmədi. Biri var bir futbolçu oynamasın, biri də var ki, meydanda onların hamısı dayansın. Kollektiv şəkildə oynaya bilmədik. Qolları da ardıcıl buraxdıq. Bu, bizə böyük bir dərs oldu. Bundan nəticə çıxarmalıyıq”.
 
Oyundan sonra keçirilən mətbuat konfransında komandanın baş məşqçisi Şahin Diniyev məğlubiyyətin səbəblərini futbolçularda yox, özündə axtardığını bildirmişdi. Kərimov isə fərqli düşünür: "Məğlubiyyətdə hamımızın səhvi var. Təkcə baş məşqçi günahı öz üzərinə götürməməlidir. Əsas futbolçulardır, çünki meydanda mübarizə aparan, qaçan biz idik. Şahin müəllim buna neyləsin? Məşqçi tapşırığını verir, yetirmələrinə yol göstərir. Taktiki göstərişlərə oyunçular əməl etməlidirlər. "İnter” ilə oyunun ilk yarısında son dəqiqəni çıxmaq şərtilə deyilənləri yerinə yetirdik. Amma fasilədən sonra hər şey dəyişdi. Hamı üçün soyuq idi. Biz isə sanki donmuşduq”.
 
Çempionatın XIV turunda "Kəpəz” doğma meydanda "Zirə”ni qəbul edəcək. A.Kərimov 2017-ci ilin ilk ev oyununda azarkeşləri sevindirəcəklərinə inandığını bildirib: “Məğlubiyyətdən nəticə çıxarmışıq. Ona görə də “Zirə” ilə oyuna ciddi hazırlaşırıq. Qələbə qazanmaqla yenilgini unutdurmaq istəyirik. Bu gün məşqdən öncə klubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu da bizimlə görüşüb, komandaya dəstək oldu. O, oyunla bağlı fikirlərini bildirib, müvafiq tapşırıqlarını verdi. Azarkeşlərimiz də bizdən ancaq qələbə gözləyir. Bunu yaxşı başa düşürük. İnşallah, oyunun hesabı da arzuladığımız kimi olar”.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.