https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
search
27 Aprel 2024
26 Aprel 2024

“Qarabağ”dan sərt cavab: “Biz cılız deyilik ki...”

“Qarabağ”dan sərt cavab: “Biz cılız deyilik ki...”

“Qarabağ”ın baş meneceri Asif Əsgərov son günlər klubla bağlı media və sosial şəbəkələrdə səsləndirilən fikirlərə münasibət bildirib.

Qol.az-ın xəbərinə görə, özünün Feysbuk statusunda A.Əsgərov konkret ad çəkməsə də, Ağdam klubunu ittiham edənləri cılızlıqla günahlandırıb.

A.Əsgərov statusunda yazıb:

“Bir az öncə PSJ-“Monako” oyununun videoyazısına baxdım. Son dəqiqədə “Monako”nun vurduğu qol anında istəməyərək olsa belə, “qol” deyib qışqırdım..

Niyə? Çünki...

… Bu, həmin “Monako”du ki, onu Azərbaycana gəlməyə məcbur edən komandadır, “Qarabağ”.

Bu həmin “Qarabağ”dır ki, “Monako”nu topla “döyüb”, onu cəmi 1 xal qazanmağa səvinməyə məcbur edib.

Bu, həmin “Qarabağ”dır ki, “Böyük beşlik” ölkələrindən dördünün komandalarını Azərbaycan azarkeşinə canlı izləmək imkanı yaradıb.

Və bu “Qarabağ” məğlubiyyət ruhunu unutduran, azarkeşini stadiona QƏLƏBƏ umidi ilə gətizdirən komandadır. Bu, həmin “Qarabağ”dır ki, oynadığı hər bir ölkədə hamını QARABAĞ və AZƏRBAYCAN sözünü yanaşı səsləndirməyə məcbur edib.

Və... cənab Prezident tərəfindən “…Siz o anda da öz təmkininiz, səbriniz, duruşunuzla Azərbaycan mədəniyyətini bütün dünyaya göstərdiniz!” qiymətini alan komandadır “Qarabağ”...

Biz o qədər cılız deyilik ki...

... Çalışın özünüzün günahlarını bilərəkdən artırmayın.. Günah ovucumuzun içindədi. Ovucunuzu bərk sıxın ki, özümüzü də qoruyaq, ətrafımızı da…”

Qeyd edək ki, son vaxtlar Peşəkar Futbol Liqasının hakimlərin köməyi ilə "Qarabağ"a kömək etməsinə dair ittiham səslənir.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.