https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
search
27 Aprel 2024
26 Aprel 2024

"Ramilin potensialı ona "Arsenal"da yüksək səviyyədə oynamağa imkan verir"

"Ramilin potensialı ona "Arsenal"da yüksək səviyyədə oynamağa imkan verir"

"Zenit"in gənclər komandasının baş məşqçisi Boris Rapoport bu klubun yetirməsi olan Ramil Şeydayev haqda fikirlərini bildirib.

Qol.az-ın "Sportsdaily"yə istinadən yaydığı xəbərə görə, o, millimizin hücumçusunun Tula "Arsenal" mümkün keçidi barədə danışıb:

"İndi Ramil Şeydayev legionerdir. Bu, Rusiyaya qayıdacağı halda artıq ona neqativ təsir göstərəcək. Ramil "Trabzonspor"da demək olar 1 il itirdi. Bu da az oynamağı ilə bağlıdır. Ramilin hansı vəziyyətdə olduğu məlum deyil. Ancaq onun potensialı yüksək səviyyədə oynamağa imkan verir. Buna görə Şeydayev Tula "Arsenal"ına kömək edə biləcək.  O, bu komandaya lazımdır".


B.Rapoport R.Şeydayevin vətəndaşlığını dəyişərək Rusiyadan getməyə peşman olub-olmadığı ilə bağlı sualı belə cavablandırıb:

 "Əgər bu, belə olsa belə, o, bunu heç vaxt etiraf etməyəcək. Mənə elə gəlir ki, Ramil peşman olub. Hərçənd, dünyada hər şey dəyişir. Pul ön plana, futbol isə ikinci plana keçir. Şeydayev 3 ildə "Zenit"də çox inkişaf etdi. İndi gənc futbolçulara yüksək maaşlı müqavilə təklif etməklə çox tələsirlər. Mənə elə gəlir ki, əsas komandaya düşəcəyi halda pullar vermək lazımdır".

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.