Həmkarlarımız bu gün bir çox gəncin qeyd edəcəyi Valentinov gününün qəbul etmədiklərini yazırlar.
Valentinin kim olduğu (yəni belə bir şəxs ola bilər ki, ümumiyyətlə olmayıb) hətta müntəzəm izah edilsə də, yenə də "sağdır" və sosial şəbəkələrdə bir çoxu bu günlə bağlı paylaşımlar edir, reallıqda isə biri- birilərinə hədiyyələr bağışlayır və haradasa qeyd edirlər. Bunların hamısı pulun xərclənməsi ilə nəticələnir.
Qondarma “gün” xaricdə hər bir gəncin parıltılı və sevinclə bağlı nağılı yaşamaq arzusundan istifadə edərək yaratdıqları "brend" üzərində qurulmuş biznes kimi yaranıb və bizə məhz biznes kimi gəlib çatıb, ona görə də qlobal şəkildə atdığı kökləri məhv etmək qeyri-mümkündür.
Son 20 ildə dəyişikliklərə diqqət edin: Şaxta Baba rusların rəmzi kimi artıq Santa Klausla əvəz edildi, “Yatmış gözəli” Belosnejka və 7 qnom yaddan çıxardı.
Maraqlısı budur ki, xristianların qeyd etdiyi milad bayramının rəmzi olan Santa (Müqəddəs) Klaus ümumiyyətlə təqvimlə qeyd edilən “Yeni il”ə aidiyyatı yoxdur. Lakin dekabr ayının ikinci yarısı küçələrimiz bu qısa qırmızı gödəkçəli və uzun sallanan ucu pomponlu papaqlı personajlarla dolu olur. Gülməlisi isə, bəzən onların yanında Qar qızın olmasıdır.
Tolerantlığımız digər millətlərin milli, dini bayramlarının qeyd edilməsinə yaxşı münasibət bəsləməyimizdə özünü göstərir, lakin bir çoxuna Santa Klausun kim olduğunu izah edəndə təəccüblənirlər. Nədən bu bayramlar Azərbaycanda kütlə, xüsusən də gənclər tərəfindən belə tez qəbul olunur? Bayramlarımız azdır? Bu boşluqda da müxtəlif rəmzlərin simbiozundan yaranan əcaib bayramlar və qəhrəmanlar peyda olur.
Bəlkə milli, dini ənənələrimizi bir daha təhlil edib, bugünkü gənclərə müəyyən dəyərləri əks etdirən bayramları və qəhrəmanları, rəmzləri təklif etmək vaxtı gəlib? Bizim mənəvi dayaqlarımızın zəif olması ucbatından həm “Valentin günü”, həm də artıq özünə yer edən “Hellouin” rəsmiləşir. İrlandiyada yaranan “Hellouin”in dünyanın bir hissəsində Bütün Müqəddəslərin Günü ərəfəsindəki gecə keçirilməsi və ölənlərin ruhlarının yol tapması məqsədilə balqabaqların içində şamların yandırılmasının bizə nə dəxli olduğunu heç kim izah edə bilmir və yalnız onun uşaqlara maraqlı gəlməsi ilə izah edilir. Düzdür, uşaqlarımıza belə bayramları aşılayan böyüklərdir. Fikir verin, bu "bayramlar" uşaqlara, gənc nəsilə yönəlib, hansı ki, xarici atributları daha çox xoşlayır və dərk etmədən, təhlil etmədən qəbul edir. Bu zahiri bərbəzək onlar üçün bir işıqlı qığılcım kimi bayram əhval-ruhiyyəsini yaradır. Odur ki, sabah hər hansısa bir qondarma bayramın burada peyda olmasına təəccüblənmərəm. Lap hanibalların birinci qurbanlarını yeməklərinə həsr olunsa belə. Bizdə o tez yerini tapıb möhtəşəm bir bayrama çevriləcək.
İradə YAQUBOVA
"ELS-Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyinin sədri