https://525.az/img/pics/medium/2024-05/314205_rcjfiiy0cq.jpg İrfan Murat - Orxan Aras yazır
https://525.az/img/pics/medium/2024-05/314203_j9e9afdlhf.jpg Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib
https://525.az/img/pics/medium/2024-05/314200_z30dinqup6.jpg Ukraynanın Azərbaycandakı səfiri AYB-də olub
https://525.az/img/pics/medium/2024-05/314139_vjvfsga7mx.jpg “525-ci qəzet”in 18 may sayında nələr var? - ANONS
search
18 May 2024
17 May 2024

Almeyda özünə Azərbaycan adı götürəcəkmi?

Almeyda özünə Azərbaycan adı götürəcəkmi?

"Qarabağ"ın milliləşdirilərək yığma komandamıza cəlb olunacaq braziliyalı futbolçusu Riçard Almeydanın Azərbaycan vətəndaşlığı aldıqdan sonra özünə Azərbaycan adı və ya soyadı götürəcəyi məsələsi müzakirə olunur.

Məsələ ilə əlaqədar Qol.az saytının müxbiri AFFA və “Qarabağ” rəsmilərinə müraciət edib.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu bildirib ki, bu məsələ futbolçunun istəyindən asılıdır: "Bu, futboçunun şəxsi işidir. FİFA-nın tələblərinə uyğun şəkildə həll olunmuş məsələdir. Almeyda sırf qanun çərçivəsində milliləşdirilir. Saxta yolla olanda hansısa ad dəyişməsi ola bilər.  Qeyd etdiyim kimi, bu cür məsələlər futbolçunun istəyindən asılıdır. O, ad və ya soyadını dəyişməsi ilə bağlı isə bizə nəsə deməyib və sənədləşdirmə işlərində də bununla bağlı nəsə yoxdur”.

Qol.az-ın sorğusuna cavab olaraq, “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib ki, Almeyda özünə Azərbaycan adı və ya soyadı götürməsi ilə bağlı onlara hər hansı söz deməyib.

Futbolçuya yaxın olan şəxslərdən biri də Qol.az-a bildirib ki, Almeyda özünə Azərbaycan adı və ya soyadı götürmək fikrində deyil.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.