https://525.az/img/pics/medium/2024-05/314205_rcjfiiy0cq.jpg İrfan Murat - Orxan Aras yazır
https://525.az/img/pics/medium/2024-05/314203_j9e9afdlhf.jpg Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib
https://525.az/img/pics/medium/2024-05/314200_z30dinqup6.jpg Ukraynanın Azərbaycandakı səfiri AYB-də olub
https://525.az/img/pics/medium/2024-05/314139_vjvfsga7mx.jpg “525-ci qəzet”in 18 may sayında nələr var? - ANONS
search
18 May 2024
17 May 2024

“Bakı Şəhər Halqası” 5 könüllünü İtaliyaya göndərəcək

“Bakı Şəhər Halqası” 5 könüllünü İtaliyaya göndərəcək

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) builki yarış ərəfəsində ən yüksək fəaliyyət nümayiş etdirən 5 könüllünü sentyabrın 1-3-də İtaliyanın Montsa şəhərində keçiriləcək Formula-1 Qran-prisinə göndərəcək.

525.az-ın məlumatına görə, səfər zamanı könüllülərin səyahət, oteldə gecələmək və yarışı izləməklə əlaqədar bütün xərcləri əməliyyat şirkəti tərəfindən qarşılanacaq. Həmçinin könüllülər İtaliya Qran-prisinin təşkilatçı şirkətinin müvafiq proqramının iştirakçıları ilə qarşılıqlı təcrübə mübadiləsi aparmaq imkanına da sahib olacaqlar.

BŞH-nın insan resursları şöbəsinin rəhbəri İranə Əhmədova bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd gənclər arasında könüllülük fəaliyyətinə dair maraq oyatmaq və Bakıda baş tutacaq növbəti Formula-1 yarışının təşkilatçılığında ən yüksək səviyyədə iştirak edən 5 könüllünü mükafatlandırmaqdır.

Müsabiqədə iştirak etmək istəyənlər əvvəlcədən Formula-1 Azərbaycan Qran-prisinin könüllülər proqramının bütün seçim mərhələlərindən keçərək yarışın könüllüsü adını qazanmalı, azı orta səviyyədə ingilis dilini bilməli, Azərbaycan vətəndaşı olmaqla yanaşı 18 yaşdan yuxarı olmalıdır.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.