https://525.az/img/pics/medium/2024-05/314205_rcjfiiy0cq.jpg İrfan Murat - Orxan Aras yazır
https://525.az/img/pics/medium/2024-05/314203_j9e9afdlhf.jpg Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib
https://525.az/img/pics/medium/2024-05/314200_z30dinqup6.jpg Ukraynanın Azərbaycandakı səfiri AYB-də olub
https://525.az/img/pics/medium/2024-05/314139_vjvfsga7mx.jpg “525-ci qəzet”in 18 may sayında nələr var? - ANONS
search
18 May 2024
17 May 2024

"Səkkiz komandalı çempionatın nə səviyyəsi olacaq?"

"Səkkiz komandalı çempionatın nə səviyyəsi olacaq?"

"Mən həmişə millidə yerli futbolçuların oynamağını istəmişəm. Ancaq etiraf edək, elə legionerlər var ki, futbolçularımız onlardan nəsə öyrənə bilər".

Bu sözləri Qol.az-a açıqlamasında Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.

"Qarabağ"ın futbolçusu Riçard Almeydanın millimizə cəlb edilməsinə münasibət bildirən yığmamızın sabiq baş məşqçisi  braziliyalı yarımmüdafiəçinin yerli oyunçuların hamısından güclü olduğunu da deyib: "Milliləşdirilmiş oyunçu əsas heyətdə oynamalı və komandanın liderlərindən olmalıdır. Bir çox ölkələr milliləşdirilmiş futbolçulardan fayda görüb. Ancaq biz görməmişik. Almeyda çox güclü futbolçudur. Amma son vaxtlar aşağı səviyyədə çıxış edir. Bu da hər futbolçuda ola bilər. Gəlin, açıq danışaq. Almeyda bizim futbolçulardan güclüdür. Biz yerli futbolçuların millidə oynaması üçün asan yol axtarırıq. Bəs yerli futbolçular öz oyunu ilə milliyə layiq olduqlarını sübut edirlərmi?”

Məşqçilər Komitəsinin üzvü olan A.Mircavadov Almeydanın milliləşdirilməsi zamanı AFFA-nın komitə üzvləri ilə məsləhətləşmədiyini bildirib: "Biz bu işlərə müdaxilə etmirik. Səlahiyyətimizdə olan məsələ deyil. Amma bizdən soruşanda fikrimizi bildiririk. Biz əsasən yerli futbolçularla bağlı işlər görürük. Artıq üç ildir Məşqçilər Komitəsi deyir ki, milli komanda ilə klublar arasında sıx əlaqə olmalıdır. İstedadlı uşaqlar var, ancaq onları üzə çıxarmaq lazımdır. Millimizin gələcəyi olan futbolçular var. Əsas məsələ isə onları inkişaf etdirməkdir. Bununla bağlı məşqçilər çox iş görməlidir".

Topaz Premyer Liqasının səviyyəsinin aşağı olduğunu deyən Mircavadov bunun səbəbini komandaların sayının az olması ilə əlaqələndirib: "Səkkiz komandalı çempionatın nə səviyyəsi olacaq? Gərginlik var, amma komandaların oyunu xoşuma gəlmir. Düzdür, futbolçular hamısı qaçır, ancaq içərilərində bir ağıllı hərəkət edən görmürük. Çox nadir hallarda olur. Əvvəllər daha çox perspektivli futbolçular üzə çıxırdı. Səkkiz komandalı çempionatda isə yeni futbolçuların yetişməsi çətindir”.

A.Mircavadov son vaxtlar futbol ictimaiyyətinin futboldankənar söhbətlərə daha çox yer verməsindən narahat olduğunu qeyd edib. O, "Qarabağ"la "Zirə"nin yaxınlığı ilə bağlı yayılan söz-söhbətlərin yersiz olduğunu vurğulayıb: "Bir vaxtlar "İnter"lə "Simurq"un yaxınlığından danışırdılar. O vaxt bir komissiya təşkil olundu, getdik Zaqatalaya. Oyun 1:1 hesabı ilə başa çatdı. Heç bir şübhəli məqam aşkarlanmadı. İndi də "Qarabağ"dan danışırlar. Bəli,"Qarabağ" və "Zirə" klubu bir-birilə səmimidir. Ancaq səmimilik başqa, oyun başqadır. Onsuz da bu gün "Qarabağ" "Zirə"yə qalib gəlmək gücündədir. Bu cür fikirlər absurddur. "Qarabağ"ın növbəti xal itkisi çempionluqdan əlini üzməsi ilə nəticələnə bilər. Ona görə də var gücünü ortaya qoyub. Biz azərbaycanlıyıq. Əsas şeyləri görmürük, lazımsız söhbətlər edirik. Bu cür söz-söhbətlərdənsə yeni futbolçularımızın yetişməməsindən, klublarda yerli futbolçuların liderlik edə bilməməsindən danışmaq lazımdır".

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.