https://525.az/img/pics/medium/2024-04/311691_ttk393l7ij.jpeg Hikmət Hacıyev: “Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”
https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
search
27 Aprel 2024

Millimizin futbolçusu "Fənərbaxça"ya "yox" dedi

Millimizin futbolçusu "Fənərbaxça"ya "yox" dedi

21 yaşadək futbolçulardan ibarət millimizin oyunçusu Ozan Can Kökcünü "Fənərbaxça" da transfer etmək istəyib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, martın 28-də Türkiyə ilə Azərbaycanın U-21 yığmaları arasında keçirilən yoxlama matçından əvvəl isə İstanbul klubunun nümayəndələri Ozan Canla görüşüb onu transfer etmək istədiklərini bildiriblər. Ancaq O.C.Kökcünün meneceri olan atası Halis Kökcü artıq “Bursaspor”a söz verdikləri üçün “sarı-lacivərdlilər”in təklifinə “yox” deyib.

Məlum olub ki, H.Kökcü bir həftə öncədən Bursaya gedərək, klubun bazasını gəzib və rəhbərliklə görüşüb.

Baş məşqçi Mutlu Topçu ilə də oğlunun gələcəyini müzakirə edən H. Kökcü ən doğru variantın elə “Bursaspor” olduğu qənaətinə gəlib. H.Kökcünun "Bursaspor"u seçməsinin əsas səbəbi isə klubun aşağı yaş qruplarına xüsusi önəm verməsi olub.

Qeyd edək ki, O.C.Kökcü "Bursaspor"la 4 illik müqavilə imzalayıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.