NATO ölkələri Rusiyaya məxsus “İsgəndər” raket kompleksinin Kalininqrad vilayətində yerləşdirilməsini öz təhlükəsizliklərinə təhdid hesab edirlər.
APA-nın məlumatına görə, bunu alyansın baş katibinin müavini Rouz Qottemüller “Kommersant” qəzetinə müsahibəsində deyib.
O bildirib ki, Kalininqrad vilayəti Rusiya ərazisi olsa da, “İsgəndər” komplekslərinin yerləşdirilməsi hərbiləşmə tendensiyasına və hava məkanında nəzarətin gücləndirilməsinə sübutdur:
"Rusiya ilə qonşuluqda olan ittifaq üzvləri bunu öz təhlükəsizliklərinə təhdid hesab edirlər”.