https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
search
27 Aprel 2024
26 Aprel 2024

“İnter” avrokuboklara vəsiqəni rəsmiləşdirdi

“İnter” avrokuboklara vəsiqəni rəsmiləşdirdi
Azərbaycanın avrokuboklardakı daha bir təmsilçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “Qarabağ”la “Qəbələ”nin ardından Bakının “İnter” klubu da qitə kuboklarında yerini təmin edib.
 
Bu, ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyunları zamanı rəsmiləşib. “İnter” “Qəbələ”yə uduzub, mübarizəni dayandırsa da, ən azı Avropa Liqasında oynayacaq.
 
Buna isə “Neftçi” səbəb olub. Bakılılar “Qarabağ”la yarımfinal matçında mübarizəni dayandırmaqla, “İnter”in önündə “yaşıl işıq” yandırıb.
 
Məsələ ondadı ki, kubokun finalına “Qarabağ”la “Qəbələ” çıxıb. Bu iki komanda isə Premyer Liqada da ən yüksək yerlərdə qərarlaşıb və ilk “üçlük”də yerini təmin edib. Bu da həmin komandalara avrokuboklara vəsiqəni təmin etmək imkanı yaradıb.
 
Nəticədə çempionatda 4-cü yeri tutacaq komandanın Avropa Liqasına gedəcəyi dəqiqləşib. Kuboku kimin almasından və həmin klubun çempion olub-olmamasından asılı olmayaraq,  4-cü pillə sahibi ikinci dərəcəli qitə klub turnirinə yollanacaq.
 
“İnter” isə ən azı 4-cü yeri artıq təmin edib. Bürünc uğrunda “Zirə” ilə mübarizə aparan sabiq “bankirlər” ən pis halda 4-cü yerlə Avropaya gedəcək.
 
Bu isə o deməkdi ki, avrokuboklara yalnız bir vəsiqənin sahibi qeyri-müəyyən qalıb. Bu yerə də “Zirə”, “Sumqayıt”, “Neftçi” və “Kəpəz” iddia edir.
 
Qeyd edək ki, “İnter”in avrokuboklara vəsiqəsi rəsmiləşsə də, klubun qitə kuboklarında oynaması üçün lisenziya alması zəruridi. AFFA-nın Lisenziyalaşdırma Komissiyası bu sənədi verməzsə, çempionluq da onların işinə yaramayacaq.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.