Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi ilə “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) təşkilatçılığıyla aprel döyüşlərinə həsr olunmuş “Qələbədən Qələbəyə” adlı atıcılıq turnirinin açılış mərasimi keçirilib.
YAP Gənclər Birliyindən verilən məlumata görə, turnirin açılışında çıxış edən “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin sədri Şahvələd Əliyev yarış iştirakçılarını salamlayaraq, YAP gəncləri arasında təşkil olunan atıcılıq turnirinin vətənpərvərlik təbliğatı istiqamətində həyata keçirilən işlərin tərkib hissəsi olduğunu və belə tədbirlərin Silahlı Qüvvələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsində əhəmiyyətli rol oynadığını, bu kimi tədbirlərin gələcəkdə işğal altında olan rayonlarımızda keçiriləcəyini əminliklə bildirdi.
Sonra çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov gənclərə hərbi vətənpərvərlik duyğularının aşılanması, onların döyüşə hazırlıq keyfiyyətlərinin və psixoloji dözümlülüklərinin yoxlanılması, güllə atıcılığına marağın artırılmasını vacibliyini qeyd edərək, turnir iştirakçılarına uğurlar arzuladı.
Daha sonra iştirakçılar təhlükəsizlik qaydaları barədə təlimatlandırıldı və atıcılıq turnirinə start verildi.
Keçirilən turnirdə hər biri 4 nəfərdən ibarət 13 komanda 3 mərhələdə mübarizə apardı. Birinci mərhələdə ən yaxşı nəticəni göstərən 8 komanda yarim finala vəsiqə qazandı. Daha sonra 5 komanda aprel ayının 21-də təşkil olunacaq final yarışına vəsiqə qazandı.
Turnirin final mərhələsində I, II və III yerlərin qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
Bundan əlavə, turnirin sonunda “Ən sərrast atıcı” nominasiyası üzrə qalib müəyyənləşdiriləcək.
Ceyhun ABASOV