https://525.az/img/pics/medium/2024-04/311691_ttk393l7ij.jpeg Hikmət Hacıyev: “Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”
https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
search
27 Aprel 2024

İslam Oyunlarının su səyahətinin Astara mərhələsi başladı

İslam Oyunlarının su səyahətinin Astara mərhələsi başladı
“Bakı-2017”  IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Astara mərhələsi başlayıb.
 
APA-nın Cənub bürosunun verdiyi məlumata görə, Astarada səyahətin ilk ünvanı Astaranın Ərçivan kəndində yerləşən “Yanar Bulaq” kompleksi olub.
 
Sərbəst güləş üzrə dünya çempionatının bürünc mükafatçısı Əliabbas Rızazadə, sərbəst güləş üzrə respublika çempionu, əməkdar idman ustası Məhərrəm Ağayevin müşayiəti ilə şahmatçı Mirrahil Ağayev yanar bulağın  suyundan götürüblər. Sonra səyahət iştirakçıları Astara  şəhərinə yola düşüblər.
 
Su mərasimi bu gün 20:00-da Astarada dənizkənarı Park-Bulvarda su festivalı  ilə müşayiət olunacaq.
 
Qeyd edək ki, Xəzərdən başlayan səyahət marşrutu Azərbaycanın 15 şəhər və rayonundan keçəcək və yürüş mayın 12-də Bakı Olimpiya stadionunda başa çatacaq.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.