https://525.az/img/pics/medium/2024-05/312454_ap3j3iwjn3.jpeg Kouç təlimləri insana nə qazandırır?
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29-un Bakıda təşkili - Azərbaycanın növbəti böyük uğuru
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg "Cəhənnəmdən keçmiş mələk": Bircənin fərqliliyi - Elxan Yurdoğlu yazır
https://525.az/img/pics/medium/2023-12/296476_nohm4rbib1.jpg Ölülərin o dünyada görüşü - Akif Rəfiyev yazır
search
4 May 2024
3 May 2024

“İslam Oyunlarına hazırlıq dünya standartlarının üzərindədir”

“İslam Oyunlarına hazırlıq dünya standartlarının üzərindədir”
Türkiyə Milli Olimpiya Komitəsinin sədri, professor Uğur Erdenerin müsahibəsi
 
- Sizinlə 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunlarına hazırlıqları dəyərləndirmişdik. İslam Həmrəyliyi Oyunlarına hazırlığın gedişini necə dəyərləndirirsiniz?
 
- Yüksək səviyyədə beynəlxalq müsabiqələri təşkil etmək sahəsində Azərbaycan çox böyük təcrübəsi var. Hazırlıqların gedişi barədə aldığım məlumatlara əsasən deyə bilərəm ki, Azərbaycan bu dəfə də öz zəngin təcrübəsindən istifadə edərək mövcud olan standartların üzərində bir  müsabiqə keçirəcək. Bakının bu sahədəki təcrübəsinin hamıya örnək ola biləcəyinə inanıram. İslam Oyunlarının  beynəlxalq idmana böyük töhfə verəcəyini düşünürəm.
 
- Azərbaycandakı beynəlxalq müsabiqələri təşkil edən qurumların rəhbərləri ilə yaxın əlaqələriniz olduğunu bilirik. Hazırlıqların gedişini onlarla bir yerdə izləmə imkanınız oldumu?
 

- Təəssüf ki, bu dəfə mənim getməyə vaxtım olmadı. Baş katibimiz Nəşə xanım Bakı ilə daima əlaqədədir, hazırlıqları izləmək üçün Bakıya da gedib. Mənə verilən mütəmadi məlumatlardan İslam Oyunlarına hazırlıqların çox yüksək səviyyədə aparıldığını görürəm.
 
- Bakıdan sonra İslam Oyunlarının İstanbulda keçirilməsi nəzərdə tutulub. Siz hazırlıqlara nə vaxt başlayacaqsınız? Azərbaycanla təcrübə mübadiləsi edəcəksinizmi?
 
- İndidən bu barədə danışmaq tezdir. Mən indi vaxtımın çoxunu xaricdə keçirirəm. Hal-hazırda Lozandayam, buradan Parisə, oradan isə Los-Angelesə gedəcəyəm. 2024-cü il olimpiadalarının bizdə keçirilməsi üçün təşəbbüslərimiz və çalışmalarımız davam edir. İndiki vəziyyətdə biz 2024-cü il olimpiadalarını Türkiyədə keçirməyi ən vacib vəzifəmiz sayırıq. İslam Oyunlarına hazırlıqların vaxtı gələndə təbii ki, qardaş Azərbaycanla təcrübələrimizi bölüşərək birgə işlər görəcəyik.
 
- Azərbaycan prezidenti İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edərkən bu oyunların islamofobiyaya veriləcək ən yaxşı cavablardan biri olduğunu bildirdi. Siz necə düşünürsünüz?
 

- Hörmətli prezident Əliyevin sözlərini mən də dəstəkləyirəm. İdmanın bütün növləri kimi, İslam Oyunları da mədəniyyətlər arasındakı dialoqun güclənməsinə yol açmalı və istər etnik istərsə də dini zəmində yaranmış konfliktlərin aradan qaldırılmasına kömək etməlidir. Bakıda keçiriləcək İslam Oyunlarının da bu sahədə çox yaxşı örnək olacağına inanıram.

APA
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.