Rusiya prezidenti Vladimir Putin ABŞ-ın eks-prezidenti Bill Klintona Rusiyanın NATO-ya üzv olmasının mümkünlüyünü nəzərdən keçirməyi təklif etdiyini bildirib.
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə V.Putin amerikalı rejissor Oliver Stouna müsahibəsində bildirib.
“Prezident Klintonla son görüşlərimizdən birini xatırlayıram. O Moskvada səfərdə idi və mən diskussiya zamanı ona Rusiyanın NATO-ya üzv olmasının mümkünlüyünü nəzərdən keçirməyi təklif etdim. Klinton isə cavabında buna etiraz etmədiyini bildirdi”, - deyə Putin bildirib.
Putinin sözlərinə görə, həmin an ABŞ nümayəndə heyəti “böyük əsəb keçirdi”.