|
|
|
|
SOCAR prezidenti Rövnəq Abdullayev Türkiyənin İstanbul şəhərinə səfər edəcək.
"APA-Economics" xəbər verir ki, səfərin məqsədi 9-13 iyul tarixlərində İstanbulda keçiriləcək XXII Ümumdünya Neft Konqresində (XXII World Petroleum Congress, WPC) iştirak etməkdir.
Təşkilatçıların yaydığı məlumata əsasən, SOCAR prezidenti tədbirdə iştirak edəcəyini təsdiqləyib. R.Abdullayevin konqresdə çıxışı da nəzərdə tutulub.
Qeyd edək ki, tədbirə Türkiyənin energetika və ətraf mühit naziri Berat Albayrak, Rusiyanın energetika naziri Aleksandr Novak, OPEC-in baş katibi Məhəmməd Barkindo, Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol, "Total" şirkətinin baş icraçı direktoru Patrik Puyan, "ExxonMobil" korporasiyasının rəhbəri Daren Vud və digər nüfuzlu şəxslər qatılacaq.