Böyük Britaniyanın baş naziri Tereza Mey bu gücə Londonda baş verən hadisəni dəhşətli insident adlandırıb.
APA-nın məlumatına görə, bu barədə “Sky News” telekanalı xəbər verib.
“Bu dəhşətli insidentdir. Düşüncələrim yaralılar və onların yaxınlarının yanındadır”, deyə T.Mey bildirib.
Bu gecə Londonda sürücü avtomobili piyadaların üstünə sürüb. İnsident Böyük Britaniya paytaxtının şimal-şərq bölgəsində yerləşən məscidin yaxınlığında qeydə alınıb. Hadisə nəticəsində azı 10 nəfər xəsarət alıb.