Azərbaycan prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, uzunmüddətli səmərəli fəaliyyətlərinə görə polkovnik Kişiyev Rauf İsmayıl oğluna “Əməkdar hüquqşünas”, tibb xidməti polkovnik-leytenantı Tağıyev Tofiq Tağı oğluna isə “Əməkdar həkim” fəxri adı verilib.