|
|
|
|
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov avqustun 16-da, saat 11:00-da Xidmətin Şamaxı rayon şöbəsində Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarının sakinlərinin qəbulunu həyata keçirəcək.
Bu haqda 525.az-a xidmətin mətbuat xidmətindən məlumat verilib.
Qəbula yazılmaq istəyən vətəndaşların 14.08.2017-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə, bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.