|
|
|
|
Pentaqon rəhbəri Ceyms Mettis transgenderlərin orduda xidmət etməsinə yenidən baxılacağını bildirib.
Ria Novostinin xəbərinə görə, C.Mettis transların hərbidə qulluq edə bilmələrinin yoxlanması üçün xüsusi komissiya yaradılacağını bəyan edib.
"Mən Müdafiə Nazirliyində və Milli Təhlükəsizlik Xidmətində xüsusi komissiya yaradaraq transgenderlərin orduda xidmət etmə bacarığını yoxlayacam. Yekun rəyləri isə prezidentə göndərərək qərarına yenidən baxmasını bildirəcəm”, -deyə, ABŞ müdafiə naziri qeyd edib.
Xatırladaq ki, avqustun 26-da prezident Donald Tramp Birləşmiş Ştatlar ordusunda transseksualların qulluq edilməsinə icazə verilməyəcəyini bəyan edib.
Zeynəb ƏKBƏR