|
|
|
|
“Harvi” qasırğasından zərər çəkənlərə yardım məqsədilə yaradılmış “United Way Harvey Recovery Fund” xeyriyyə fonduna Hollivud ulduzu Leonardo Di Kaprio bir milyon dollar ayırıb.
Rusiya mətbuatının xəbərinə görə, fondun rəhbəri Brayan Qallaxer aktyora təşəkkürünü bildirib:
“Biz Leonardo Di Kaprio və onun fonduna etdiyi yardıma görə minnətdarıq”.
Qeyd edək ki, Texas ştatında baş verən “Harvi” qasırğası nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.
Zeynəb ƏKBƏR