“Dünən və bu gün Azərbaycanda keçirdiyimiz görüşlərdə Azərbaycanla qardaşlıq və dostluğumuzun nə qədər yüksək səviyyəyə çatdığını həyəcanla müşahidə edirik”.
APA-nın məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında deyib.
O bildirib ki, Bakı- Tbilisi-Qars dəmiryol xəttinin açılışı qürurverici hadisədir: “Artıq xalqlarımızın tək Qarsdan Bakıya deyil, Pekinə və Londona qədər getdiyi günləri görərik”.