ABŞ prezidenti Donald Trampa impiçment elan edilməsi barədə petisiya 10 gün ərzində 1 milyondan çox səs toplayıb.
APA-nın “Axios” nəşrinə istinadən verdiyi xəbərə görə, oktyabrın 20-də needtoimpeach.com saytında dərc olunmuş petisiyanın təşəbbüskarı tanınmış milyarder və siyasi fəal Tom Stayerdir.
“Donald Tramp bizi nüvə müharibəsinin astanasına gətirib çıxarıb. O, ədalət məhkəməsinə daim əngəl yaradıb və başqa ölkələrin hökumətlərindən pul alıb. Biz bu cür təhlükəli prezident barəsində impiçment elan etməliyik”, - deyə petisiyada qeyd edilib.