Suriya ordusu Deyr ez-Zor şəhərini İŞİD silahlılarından tamamilə azad edib.
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, sentyabrın 5-dən şəhərin azad edilməsi əməliyyatına başlayan Suriya ordusu bu gün Əl-Həmidiyə, Şeyx Yasin, Əl-Ardi və Əl Rəşidiyə rayonlarını azad edib.
Suriya ordusunun İŞİD-in son mövqelərinə hücumu davam etdirdiyi, şəhərin 97 faiz hissəsini tam nəzarətə götürdüyü qeyd edir.