Brüsseldə olan Kataloniyanın sabiq rəhbəri Karles Karles Puçdemon və Kataloniya hökumətinin 4 sabiq üzvü saxlanılıb.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün jurnalistlərə açıqlamasında Belçika Federal Prokurorluğunun nümayəndəsi məlumat verib.
K. Puçdemon və 4 tərəfdarı bu gün səhər saatlarında polisə təslim olub. Onlar 24 saat azadlıqdan məhrum ediliblər.