|
|
|
|
Noyabrın 29-da Neftçalada Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vətəndaşları qəbul edəcək.
Dini komitədən verilən məlumata görə, qəbulda Şirvan, Salyan, Neftçala, Biləsuvar və Hacıqabul rayonlarının sakinləri iştirak edə bilərlər.
Qeyd edək ki, görüş saat 10:00-da keçiriləcək. Qəbula yazılmaq istəyən vətəndaşlardan dövlət komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
C.ABASOV