“Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında hərtərəfli sazişin imzalanması istiqamətində iş aparılır”.
APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas Beynәlxalq Miqrant Gününә hәsr edilmiş tәdbirdə çıxışında deyib.
Aİ-nin Dövlət Miqrasiya Xidməti və Dövlət Sərhəd Xidməti ilə birlikdə layihələr həyata keçirdiyi vurğulayan K. Yankauskas bir müddət əvvəl Brüsseldə Şərq Tərəfdaşlığı sammiti keçirildiyini xatırladıb: “Biz istəyirik ki, Azərbaycana daha çox avropalı gəlsin, Avropaya isə daha çox azərbaycanlı getsin. Bu istiqamətdə əməkdaşlığımızı genişləndirmək istəyirik”.