Rusiyaya məxsus "Mi-24" helikopteri Suriyada qəzaya uğrayıb.
APA-nın “RİA Novosti” Agentliyinə istinadən verdiyi xəbərə görə, qəzaya səbəb helikopterdə texniki problem olub.
Hadisə nəticəsində helikopterdə olan iki pilot ölüb.