Yanvarın 20-dən başlayaraq Türkiyə Afrinin terrorçulardan azad edilməsi üçün “Zeytun budağı” əməliyyatı həyata keçirir.
Əməliyyatın keçirildiyi günlərdə Afrində PKK/PYD/YPG və İŞİD terror qruplaşmasının çoxsaylı hədəfləri vurulub, 400-ə yaxın terrorçu məhv edilib.
Rəsmi Ankara bəyan edib ki, Afrin terrorçulardan azad edilənə qədər hərbi əməliyyatlar aparılacaq. Əməliyyatların dörd həftə və daha artıq çəkə biləcəyi ehtimalları var.
Ankara İldırım Beyazit Universitetinin professoru, Rusiya Araşdırmaları İnstitutunun direktoru Salih Yılmaz bildirib ki, Türkiyənin mübarizəsi haqlıdır və bu, terrorizmin məhv edilməsinə qarşı yönəlib. Ekspert vurğulayıb ki, Suriyanın ərazisi təkcə coğrafi anlayış kəsb etmir. O, mühüm tarixi hadisələrə şahidlik edir, vacib əhəmiyyət daşıyır və bir çox böyük tarixi şəxslərin doğma vətənidir. Politoloq vurğulayıb ki, çox əsrlər boyunca türklər, kürdlər, ərəblər və digər xalqlar burada bir-biriləri ilə bir arada qardaş kimi yaşayıb, öz birliklərini gücləndirib, sanki bu qardaşlığı qoruyan divar kimi dayanıblar: “Anadolu və Suriya torpaqları qardaşlıq, tolerantlıq və digər ümumi dəyərlərin simvoludur. Tarix boyunca bu qardaşlığımız düşmənlərin intriqa hədəfi olub. Bəzən bu özünü 1915-1918-ci illərdəki kimi açıq bir fəth şəklində göstərir. Lakin düşmən daha çox ideoloji, etnik-irqi ayrı-seçkilik kimi üsullardan istifadə edib.
Bəzi alimlərin- ziyalıların, fəalların söylədiyi kimi bu, yalnız müəyyən bir etnik qrupu ələ keçirmək üçün yarış deyil. Hal-hazırda, Yaxın Şərqdə imperialist qüvvələrin maraqlarına xidmət edən bir sıra addımlar atılır ki, bu, ölkəmizin bütövlüyünə ciddi təhlükə yaradır. Bu addımlar ilk növbədə dostluğumuz və qardaşlığımızı təhdid edərək, regionda vəziyyətin sabitləşməsi üçün maneələr yaradır. Belə süni müdaxilə çürümüşdür və uğursuzluğa məhkumdur, lakin çox təhlükəli bir prosesdir”.
Ekspertə görə, bu, region ölkələri arasında etibarsızlıq yarada və silahlı qarşıdurmalara səbəb ola biləcək çox güclü bir prosesdir: “Təəssüf ki, bu proses bizim gücümüzə, enerjimizə də təsirsiz ötüşmür. Belə bir vəziyyətdə Türkiyənin ziyalıları, alimləri və qeyri-hökumət təşkilatlarının laqeyd qalacaqlarını gözləmək olmaz. Tarixi məsuliyyətimiz bütün milli və beynəlxalq ictimaiyyətin diqqətini aşağıdakı məqamlara yönəltməyimizi tələb edir:
Birincisi, Türkiyə bölgədə 1946-cı ildən bu yana demokratiyanın inkişafında müvəffəqiyyətə imza atan və çoxpartiyalı demokratiyanın mövcud olduğu ilk ölkələrindən biridir. Buna əsasən, dövlət 1952-ci ildə NATO-ya qoşulub, 65 ildir ittifaqa üzv ölkələrlə ən yaxın əlaqələrə malikdir. Türkiyə də öz növbəsində bölgədəki digər ölkələrlə müqayisə edilə bilməyəcək dərəcədə azad bazar iqtisadiyyatı və vətəndaş cəmiyyəti potensialına malikdir.
İkincisi, 50 ildən çoxdur ki, ABŞ-la eyni alyansda müttəfiq kimi təmsil olunmağımıza baxmayaraq o, terror təşkilatları olan Kürdüstan İşçi Partiyası, Demokratik İttifaq ilə birlikdə Suriyanın şimalında dəyişiklik etmək üçün səy göstərməkdə davam edir . Lakin demokratik prinsiplər Pol Pot rejiminə ibadət edən terrorist qrupları ilə ziddiyyət təşkil edir. Heç bir izahat olmadan da bəllidir ki, hədəflərə nail olmaq üçün terroru alət kimi istifadə edən bir sistem hər hansı demokratik təşəbbüsün bir hissəsi ola bilməz.
Bundan əlavə, PKK və Demokratik ittifaq arasında heç bir fərq yoxdur. Sadəcə Demokratik Birlik Suriyalı qanaddır, qalan digər tərəfdən aralarında heç bir fərq yoxdur. RKK 25 noyabr 1978-ci ildə Abdullah Öcalanın rəhbərliyi altında yaranıb və ekstremist üsullarla 30 minə yaxın vətəndaşımızı məhv edib. Son illərdə bu təşkilatın hücumu nəticəsində 40-a yaxın vətəndaş həlak olub. Demokratik İttifaq da terrorist qrupdur, Suriya ərazisindən ölkəmizə qarşı hücumlara rəhbərlik edir, eyni zamanda separatçılara silah göndərməklə məşğul olur. Bu təşkilatın tərkibində PKK üçün terroristlər formalaşdırılır.
Suriyada bu partiyanın təşkil etdiyi bütün tədbirlərdə, Abdullah Ocalanın posterlərin olması PKK ilə Demokratik Birlik arasında birbaşa əlaqə olduğunu kifayət qədər təsdiqləyir”.
S.Yılmaz bildirib ki, bu faktlara baxmayaraq, ABŞ-ın səlahiyyətli nümayəndələrinin sözlərinə görə, ABŞ Demokratik Birliyi 3000 yük maşını silah ilə təmin edib və maddi yardım üçün 2,2 milyard dollar ayırıb. Eyni səlahiyyətli nümayəndələrə görə, ABŞ, bölgədə onurğa sütunu demokratik birliyin üzvlərindən ibarət olan bir ordu yaratmaq niyyətindədir. De-fakto Türkiyə əleyhinə fəaliyyətdə olan təşkilata göstərilən belə silahlı yardım və hərbi mütəxəssislərin hazırlığı, dövlətimiz üçün birbaşa təhlükədir. Alınan hərbi yardım Türkiyənin təhlükəsizlik qüvvələrinə və yaxşı təlim keçmiş mütəxəssislərə qarşı istifadə olunur. Təbii ki, belə bir vəziyyət türk ictimaiyyəti tərəfindən müsbət qəbul edilə bilməz.
O vurğulayıb ki, amerikalılar Demokratik Birliklə əməkdaşlıqlarını İŞID-la mübarizənin vacibliyi kimi izah edirlər: “Ancaq ABŞ Türkiyənin İŞID-a qarşı birgə əməliyyat aparma təklifindən imtina etdi və hətta İŞİD qüvvələri ciddi şəkildə zəiflədikdən sonra belə Demokratik Birliklə hərbi əməkdaşlığı artırmağa davam etdi. Üstəlik, Türkiyə sərhədlərini yaradılan ordunun səhnəsinə çevrildiyi də qəbul edilə bilməz. Bundan başqa onlar “Şit-Efrat” əməliyyatının aparılmasına da hər hansı bir şəkildə mane olurlar. Bütün bunlar da onların NATO üzvü kimi dostluq niyyətlərini şübhə altına qoyur”.
Ekspertə görə, PKK və Demokratik Birlik regionda yaşayan kürd nümayəndələrini təmsil etmir: “Onlar təzyiqlər və digər qəddar üsullarla yüzlərlə bu ərazidə yaşayan kürd və ərəbləri qovublar. Bundan əlavə, hərbi hücumlar zamanı bu təşkilatlar qadın və uşaqlardan istifadə edirdilər. ABŞ susaraq bu əməliyyatları dəstəkləyir. Bütün bu hadisələr göstərir ki, ABŞ və Demokratik Birliyinin məqsədi İŞID deyil. Demokratik Birlikdə kürdlər təmsil olunmur. Bu əslində, bir ortaq terror təşkilatıdır. Terror təşkilatı ilə əlaqələr quran və onu dəstəkləyən ABŞ, Türkiyə ilə tarixi əlaqələrinə ciddi şəkildə zərbə vurur. ABŞ iyulun 15-də dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Güləni müdafiə etməkdə davam edir. Türk xalqına viza verilməsini ləğv etməklə cəzalandırırlar. Onlar yanlış istiqamətdə hərəkət edirlər və cavabı da Türkiyə ictimaiyyətinin hiddətidir. Bütün bunlara baxmayaraq, Türkiyə demokratiyanı gücləndirməyə və regionda sülh və sabitlik yaratmağa davam edəcəkdir”.
PƏRVANƏ