Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Bakıya səfərinin tarixi məlum olub.
APA-nın diplomatik mənbədən əldə etdiyi məlumata görə, T. Klaar fevralın 19-20-də ölkəmizə səfər edəcək.
Hazırda səfərin planlaşdırılması ilə bağlı işlər aparılır.
Qeyd edək ki, T. Klaar noyabrın 13-də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı məsələləri üzrə xüsusi nümayəndəsi təyin olunub.