Suriyanın İdlib əyalətində Rusiyaya məxsus “Su-25” tipli təyyarə vurulub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Məlumata görə, pilot katapult etməyə imkan tapa bilib, lakin silahlılarla döyüşərək həlak olub.
Məlumatda həmçinin bildirilir ki, pilotun katapult etdiyi ərazi “Cəbhət ən Nüsrə” qruplaşmasının nəzarətində olub.
Təyyarənin səyyar zenit-raket kompleksindən vurulduğu bildirilir.
Pilotun cəsədinin Rusiya tərəfinə qaytarılması istiqamətində tədbirlər görülür.