Rusiya və İran dövlət başçıları Vladimir Putin ilə Həsən Ruhani arasında telefon danışığı olub.
APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, prezidentlər İsrail-Fələstin problemi, Yəmən və Suriyad müharibələrinin siyasi həllinə dair müzakirə aparıblar.
Tərəflər İranın nüvə proqramı ilə bağlı beynəlxalq müqaviləni yerinə yetirməsi məsələsində də qətiyyətli olduğunu bildirib.