"İqtisadiyyatda əmanətlərin dedollarizasiyası başlayıb".
"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, fiziki şəxslərin əmanətlərində dollarlaşma səviyyəsi 80%-dən 66%-ə enib.
"Hüquqi şəxslərin əmanətlərində isə dollarlaşma qalmaqdadır. Bu dollarlaşma onların hesablarında valyuta vəsaitlərinin qalıqlarının artması, eyni zamanda ixracın şaxələnməsi ilə bağlıdır," - deyə E. Rüstəmov bildirib.