Ukraynanın Moskvadakı müvəqqəti vəkili Ruslan Nimçinskiy Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb. Ukrayna tərəfinə ötən gün Kiyevdə “Rossotrudniçestvo” Agentliyinin binasına edilən hücumdan sonra etiraz bildirilib.
APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-in məlumatında deyilir.
“Rusiya tərəfi hücumu törədənlərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsini tələb edib”, məlumatda bildirilir.
Qeyd edək ki, fevralın 17-18-də bir qrup radikal Kiyevdə “Rossotrudniçestvo” (Müstəqil Dövlətlər Birliyi, xaricdə yaşayan soydaşlar və beynəlxalq humanitar əməkdaşlıq işləri üzrə Federal Agentlik) və “Sberbank”a hücum edərək qurumların binalarına ziyan vurublar.