“İrəli” İctimai Birliyi Xocalı soyqırımıyla bağlı aksiya keçirir.
Təşkilatdan verilən məlumata görə, məqsəd bütöv Azərbaycanı parçalamaq arzusunda olan erməni təcavüzkarlarının xalqımızın başına gətirdiyi müsibəti dünya ictimaiyyətinə çatdırmaq, Xocalıda insanlıq əleyhinə törədilmiş cinayətlə bağlı onları məlumatlandırmaqdır.
Aksiyaya qoşulmaq istəyən şəxslər “Twitter” sosial şəbəkəsi üzərindən #justiceforKhojaly, #Azerbaijan, #ireli2018 həştaqlarından istifadə edərək məlumatlandırıcı paylaşımlar etməklə Azərbaycan həqiqətlərini daha böyük auditoriyalara çatdırılmasına dəstək verə bilərlər.
Qeyd edək ki, “İrəli” İctimai Birliyi ötən il Heydər Əliyev Fondunun “Xocalıya Ədalət!” Beynəlxalq Kampaniyası çərçivəsində bu soyqırımının tanınması ilə bağlı sosial şəbəkələrdə aksiya həyata keçirib. 300-dən artıq gənc “Twitter”, “Facebook”, “İnstagram” və digər sosial şəbəkələrdə #justiceforkhojaly həştaqı altında paylaşımlar edib, müxtəlif erməni qruplarına qarşı tutarlı arqumentlər irəli sürüblər.
Aksiya fevralın 27-dək davam edəcək.
CEYHUN