Dünən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyor sənəti fakültəsi "Böyük səhnə"də xalqımızın yaddaşına qanlı hərflərlə həkk olan Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan "Unutmamışıq" adlı anım gecəsi keçirib.
Gecədə "Səhnə danışığı" kafedrasının müdiri, Respublikanın Əməkdar artisti, dosent Azad Şükürov çıxış edərək Xocalı faciəsi, tələbələrin hazırladığı ədəbi-bədii kompozisiyadan danışıb.
Tələbələr Abdullayev Cohər, Bağırov Fərid, Əliyarov Rəşad, Novruzova Sona, Axundzadə Mirzəağa Allahverdiyev Röyal, Həşimova Əzizə, Babayeva Fidan, Kərimov Ağaəli, Səfərli Məftun (Musiqi sənəti) və Məmmədov Müşfiqin iştirak etdiyi gecədə Seyid Əzim Şirvaninin, Süleyman Rüstəmin, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Zəlimxan Yaqubun, Paşa Qəlbinurun, Ramiz Qusarçaylının şeirlərindən, Azərbaycan xalq bayatılarından və Xocalı faciəsini tədqiq edən istintaq qrupunun materiallarından istifadə olunub.