Çexiyada qrip epidemiyası son 3 həftə ərzində 50 nəfərin ölümünə səbəb olub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Çexiya Dövlət Səhiyyə İnstitutunun məlumatında bildirilir.
Məlumata görə, ölənlərdən 43 nəfərin 60-dan çox yaşı olub. Qalanları isə 25-59 yaşlarında olub.
Xəstəxanalara yerləşdirilən pasiyentlərdən 199 nəfərin vəziyyəti hazırda kritikdir.