|
|
|
|
“Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrının bərpası ilə bağlı kompleks problemlər mövcuddur”.
APA-nın yerli bürosunun məlumatına görə, bunu Gürcüstanın mədəniyyət və idman nazirinin müavini Giorgi Bakradze parlamentin İnsan hüquqları və vətəndaş inteqrasiyası komitəsində keçirilən dinləmələrdə deyib.
O bildirib ki, teatrın yerləşdiyi binada 31 şəxsin mülkiyyəti var: “Çoxsaylı təkliflərə baxmayaraq teatrın digər əraziyə köçürülməsi ilə bağlı razılıq əldə olunmayıb”.
Tbilisidəki Erməni Dövlət Dram Tetrının məsələsinə toxunan G. Bakradze qeyd edib ki, mədəniyyət ocağının təmir-bərpa işlərinə başlanıb: “Kartu” Fondu tərəfindən həyata keçirilən bərpa işlərinə 8 milyon laridən çox vəsait ayrılıb”.
Qeyd edək ki, Gürcüstanın mədəniyyət və idman naziri Mixeil Giorqadze ötən ilin sonunda Azərbaycan teatrının yeni binası üçün iki yerdə torpaq sahəsinin təklif olunduğunu bildirib.