|
|
|
|
İsrail ordusu Qəzza zolağındakı dəniz limanını artilleriya atəşinə tutub.
APA-nın məlumatına görə, bu barədə BBC xəbər verib.
İlkin məlumata əsasən, liman ərazisində yerləşən binaların bombalanması nəticəsində yaralananlar var.
Digər mənbələr hədəfdə limandakı bir neçə qayığın olduğunu bildirir.
Fələstin hökuməti insidentlə əlaqədar hələ ki, şərh verməyib.