https://525.az/img/pics/medium/2024-04/311691_ttk393l7ij.jpeg Hikmət Hacıyev: “Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”
https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
search
27 Aprel 2024
26 Aprel 2024

“Qalatasaray” yığmamızın hücumçusuna transfer edə bilər

“Qalatasaray” yığmamızın hücumçusuna transfer edə bilər

“Fənərbaxça” Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova ilə müqaviləni yeniləməyəcək.

Apasport.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, Sultanlar Liqasını 3-cü yerdə bitirən İstanbul təmsilçisi artıq bir neçə oyunçusu ilə vidalaşıb. 

Bunlar sırasında yığmamızın 28 yaşlı hücumçusu da var. Ancaq Polinanın Türkiyədə qalmaq ehtimalı da var. Ona bu dəfə “Qalatasaray” “elçi” düşüb. Lakin Türkiyə ilə yanaşı, bir neçə ölkədən təklif alan Rəhimovanın hələlik qərarını açıqlamağa tələsmədiyi bildirilir. 

Qeyd edək ki, Polina 2014-cü ildə “Azərreyl” (həmin vaxt “Azəryol” adlanırdı) Cənubi Koreyanın “Hyundai” klubuna transfer olunub. Həmin vaxtdan isə legioner həyatı yaşayıb. O, 2015-2017-ci illərdə Yaponiya “Toyota”sında çıxış edib. Polina 2017/2018 mövsümünü “Fənərbaxça”da keçirib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.