|
|
|
|
Ermənistan paytaxtında aksiyaçılar bütün mərkəzi yolları bağlayaraq, nəqliyyatın hərəkətini məhdudlaşdırıblar.
APA-nın “Novosti Armenia” agentliyinə istinadən verdiyi xəbərə görə, aksiyanın rəhbəri, müxalifət lideri Nikol Paşinyan aksiyaçıları respublika üzrə kütləvi tətilə, dəmir yolu və hava limanları da daxil olmaqla, Ermənistanın ümumi nəqliyyat sistemini blok etməyə çağırıb.
Əksər rayonlarda metro stansiyaları bağlıdır. İrəvanın Araratuskiy və Armabirskuy ərazilərində isə hərəkət tamamilə dayanıb.
Aksiyaya kütləvi tətil edən şagird və tələbələr də qoşulub.
Etiraz aksiyasının iştirakçıları təxminən bir saatdır, İrəvanın "Zvartnots" hava limanına gedən yolları bağlayıblar.