Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası gənc alimlər üçün elan etdiyi müsabiqənin nəticələri açıqlanıb.
AMEA prezidenti, akademik Akif Əlizadənin müvafiq sərəncamı ilə yaradılmış Ekspert Komissiyası gənc alimlərin indiyə qədər əldə etdikləri elmi nailiyyətlər, apardıqları tədqiqatlar və nəşr olunmuş elmi əsərləri əsasında qiymətləndirmə aparıb. Daha sonra qaliblərin adları açıqlanıb.
Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə birinci yerə layiq görülüb.
Qeyd edək ki, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadənin 3 monoqrafiya və 500-dən artıq elmi-publisistik və siyasi məqalənin müəllifidir. O vikipediyanın ingilis və rusdilli səhifələrində Azərbaycan tarixi ilə bağlı erməni iddialarını əks etdirən məqalələrin redaktəsini həyata keçirib, həmçinin, azərbaycandilli vikipediada tariximizə dair 140-a yaxın yeni məqalə yaradıb.
CEYHUN