“İnsan Alverinə Qarşı Mübarizə” Təşkilatı insan averinə qarşı mübarizə mövzusunda profilaktik tədbirlər keçirəcək.
Təşkilatın sədri Ramiz Alıyevin verdiyi məlumata görə, layihəyə QHT-lərə Dövlət Dəstəyi Şurası maliyyə, Daxili İşlər Nazirliyi isə təşkilatı dəstək göstərir.
Tədbirlərin Quba və Xaçmazda keçirilməsi nəzərdə tutulub.
R.Alıyev bildirib ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları, icra hakimiyyəti, bələdiyyə və digər qurumların nümayəndələri, fəal rayon gəncləri tədbirlərə dəvət olunacaq.
C.ABASOV