https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
search
26 Aprel 2024

"Messi bizə dedi ki..."

"Messi bizə dedi ki..."

Argentina millisinin üzvü Markos Roxo Nigeriya ilə matçın (2:1) fasiləsində paltardəyişmə otağında Lionel Messinin futbolçulara dediyi sözləri açıqlayıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, təcrübəli müdafiəçi Messinin komanda yoldaşlarını sakitləşdirdiyini və matçın önəmini onlara izah etdiyini bildirib:

"Messi bizə yaxınlaşdı və sakitləşməyimizi söylədi. Həmin vaxt əsəbi idik, amma onun sözləri bizə kömək etdi. Şəxsən mənə böyük inam gətirdi. Messi bizim kapiatnımızdır. Ümumiyyətlə, o, dünyanın ən yaxşı kapitanıdır. Messi hamıya dedi ki, bu, ölüm-dirim matçıdır. Hər şey pis də başa çata bilərdi. Qol da buraxa bilərdik. Ancaq Messi inadkarlıq etdi".

Argentina millisinin qələbə qoluna imza atan Roxo həmin epizod barədə də danışıb: "Messi mənə, hətta Maskeranoya da irəli getməyi tapşırdı. Heç nəyə baxmayaraq, bütün komanda ilə hücum etməyimizi istədi. O, həqiqətən oyunu oxudu və risk etdi. Messi liderdir. O, ən yaxşıdır".

Qeyd edək ki, Nigeriya ilə oyunda Argentina millisinin ilk qolunu Messi, ikinci qolunu isə Roxo vurub.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.