Dünən gecə saat 01.00 radələrində Kürdəmir rayonunun Atakişili kəndində sərxoş vəziyyətdə olan naməlum şəxsin asayişi pozması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətlərinə yol verməsi barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.
525.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə göndərilən sahə müvəkkili, polis kapitanı Zaman Qasımovun və polis serjantı Aqşin Zülfüqarovun qarşısına qəflətən çıxan həmin şəxs bıçaqla Aqşin Zülfüqarova sinə və ayaq nahiyələrindən xəsarətlər yetirib, lakin çeviklik və sayıqlıq göstərən polis kapitanı tərəfindən tərksilah edilərək zərərsizləşdirilib.