M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası əlamətdar günlərlə bağlı kitab sərgiləri ilə oxuculara xidmət göstərməkdə davam edir.
Kitabxananın növbəti sərgisi "Azərbaycan Əlifbası və Azərbaycan Dili günü"nə həsr olunub.
"1 avqust-Azərbaycan Əlifbası və Azərbaycan Dili günüdür" adlı kitab sərgisində Azərbaycan, rus və xarici dillərdə dilimizin tarixindən, dövlətimiz tərəfindən dilimizə göstərilən qayğıdan bəhs edən kitablar və dövri mətbuat materialları nümayiş edilir.
Sərgi 10 gün ziyarətçilər üçün açıq qalacaq.
ŞAHANƏ