https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
search
26 Aprel 2024

Araz Abdullayev “Qarabağ”da

Araz Abdullayev “Qarabağ”da

“Qarabağ” klubu transfer pəncərəsinin sonuncu günündə növbəti transferini reallaşdırıb.

Trend-in məlumatına görə, Ağdam təmsilçisi Azərbaycan yığmasının üzvü Araz Abdullayevi heyətinə cəlb edib. Müqavilə ilə Yunanıstanın “Panionios” klubuna məxsus olan A.Abdullayev növbəti iki mövsümü icarə əsasında “Qarabağ” komandasında keçirəcək.

İyirmi altı yaşlı futbolçu son mövsümü Kiprin “Anortosis” klubunda keçirib və meydana çıxdığı 30 oyunda 3 qol vurub.

Xatırladaq ki, “Qarabağ” klubu UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda Moldovanın “Şerif” klubu üzərində 3:0 hesabı ilə qələbə qazanaraq iki oyunun nəticəsinə görə qrup mərhələsinə yüksəlib.

“Qarabağ” Avroliqanın qrup mərhələsində İngiltərənin “Arsenal”, Portuqaliyanın “Sportinq” və Ukraynanın “Vorskla” komandaları ilə birlikdə E qrupunda mübarizə aparacaq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.